Bank Of Baku

Lavrov Zelenskinin Qələbə Planını şizofreniya adlandırıb

Lavrov Zelenskinin Qələbə Planını şizofreniya adlandırıb
# 31 oktyabr 2024 14:43 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın “Sülh Formulu”nu küt, Vladimir Zelenskinin “Qələbə Planı”nı isə şizofreniya adlandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Lavrov Belarus paytaxtı Minskdə keçirilən II Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında bildirib.

O qeyd edib ki, “formula”, “plan” və “Kiyevin nəzarətində olan Ukraynanın istər NATO, istərsə də Avropa İttifaqına üzvlüyü ilə bağlı fantaziyalar” Avropada sülhü yaxınlaşdırmır: "Avropada sülh yalnız etibarlı, davamlı təhlükəsizlik zəmanətləri ilə, məsələn, Rusiyanın 2021-ci ildə irəli sürdüyü təşəbbüsləri əsasında mümkündür. Onlar düşmən blok siyasətindən və neokolonializmdən əl çəksələr, Rusiya Qərb ölkələri də daxil olmaqla bütün Avrasiyanın təhlükəsizliyinin tərəfdarı olar. Ukraynanın 1991-ci il sərhədlərinə qaytarılması tələbləri göstərir ki, Qərbi “insanların taleyi deyil, yalnız ərazi maraqlandırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR