Bank Of Baku

Lavrovla  ABŞ-ın Dövlət katibi arasında telefon danışığı olub

Sergey Lavrov və Entoni Blinken

© APA | Sergey Lavrov və Entoni Blinken

# 15 fevral 2022 22:19 (UTC +04:00)

Fevralın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Lavrov ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri kontekstində birgə işin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Rusiya XİN başçısı Vaşinqton və onun ən yaxın müttəfiqlərinin aqressiv ritorikasının yolverilməzliyini vurğulayaraq, təhlükəsizliyin bölünməzliyi prinsipini vurğulamaqla Rusiyanın qaldırdığı bütün məsələlər üzrə praqmatik dialoqa çağırıb.

Lavrov və Blinken müxtəlif səviyyələrdə qarşıdakı təmasların qrafikini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR