Bank Of Baku

Lavrovla ATƏT-in baş katibi arasında görüş keçirilib - FOTO

Lavrovla ATƏT-in baş katibi arasında görüş keçirilib - FOTO
# 31 oktyabr 2019 12:40 (UTC +04:00)

Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ATƏT-in baş katibi Tomas Qreminger arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-də keçirilən görüşün protokol hissəsində çıxış edən S. Lavrov baş katibin ATƏT məkanında təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verdiyini bildirib.

Rusiya XİN başçısı görüşdə ATƏT-in fəaliyyəti ilə bağlı, o cümlədən ATƏT məkanındakı regional münaqişələrlə bağlı müzakirələr aparılacağını vurğulayıb.

ATƏT baş katibi isə görüşün məhsuldar keçəcəyinə əmin olduğunu qeyd edib.

Görüş bağlı qapılar arxasında davam etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR