Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (Joint Comprehensive Plan of Action - JCPOA) bərpası ilə bağlı gizli danışıqlar apardığını istisna etməyib.
APA xəbər verir ki, Sergey Ryabkov jurnalistlərə müsahibəsi zamanı TASS-ın müxbirinə bildirib.
“Bütün sirlər bir gün açılacaq, bu, aydın məsələdir. Biz keçmişdə də görmüşük ki, ABŞ və İran qapalı rejimdə bir-birilə dolayı yollarla görüşlər aparıb. Bu cür təmasların indi də baş verdiyini istisna etmək olmaz”, - Ryabkov bildirib.