Oktyabrın 9-da Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyanı qəbul edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Rusiya-Ermənistan münasibətlərinin bəzi aktual məsələləri müzakirə olunub.