Fələstinin HAMAS hərəkatının nümayəndə heyəti Moskvada Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə HAMAS-ın hərəkatının Telegram kanalında dərc olunmuş bəyanatında bildirilib.
“HAMAS nümayəndə heyəti Rusiyanın diplomatik səylərini, eləcə də Qəzza zolağında Fələstin xalqına göstərdiyi rəsmi və humanitar yardımını yüksək qiymətləndirir”, - bəyanatda qeyd olunub.