Bank Of Baku

Lavrovun müavini: “Moskva Vaşinqtonla diplomatik əlaqə kanallarını saxlayır”

Lavrovun müavini: “Moskva Vaşinqtonla diplomatik əlaqə kanallarını saxlayır”
# 23 avqust 2022 12:31 (UTC +04:00)

Rusiya ABŞ-la dialoqa sadiqdir. Moskva Vaşinqtonla diplomatik əlaqə kanallarını saxlayır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RT Arabic kanalına müsahibəsində bildirib.

"ABŞ-la dialoq heç vaxt dayanmayıb, biz onu daimi əsasda aparırıq. Biz səfirliklərimiz səviyyəsində və təbii ki, telefon əlaqəsi vasitəsilə təmaslara sadiqik", - deyə Ryabkov vurğulayıb.

Rusiya XİN başçısının müavini diplomatiyanın rolunun indi lazımi səviyyədə olmamasından təəssüfləndiyini bildirib: "Hazırda düşmüş olduğumuz bu şərait və Vaşinqtonun dinamikası, onun Rusiyanı cəzalandırmaq istəyi iflasa uğrayacaq və heç nəyi dəyişməyəcək. Biz hər zaman daha ədalətli dünya üçün mübarizə aparırıq", - deyə rusiyalı diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR