Bank Of Baku

Lavrovun müavini: Nüvə də daxil olmaqla, istənilən silahla özümüzü müdafiə edəcəyik

Lavrovun müavini: Nüvə də daxil olmaqla, istənilən silahla özümüzü müdafiə edəcəyik
# 22 fevral 2023 11:17 (UTC +04:00)

Rusiya Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinə (START) sadiq qalmağa davam edəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, bu, hazırkı mərhələdə strateji sabitliyi qorumaq üçün kifayətdir;

Hazırda Vaşinqtonun davranışının yaxşılığa doğru dəyişməsinə işarə olmadığını söyləyən diplomat Rusiyanın nüvə silahının tətbiqindən çəkindirmə sahəsində sübut edilmiş təcrübəyə malik olduğunu bildirib.

"Rusiya ABŞ-ın START müddəalarına əməl etməsinə nəzarət etmək üçün öz vasitələrindən istifadə edə bilər. Rusiya artıq Fransa və İngiltərənin potensialını nəzərdən qaçıra bilməz, onların silahları ABŞ-la birlikdə Moskvaya qarşı vahid yumruqdur", deyə Ryabkov vurğulayıb.

Rusiya XİN başçısının müavini ölkəsinin ABŞ, Böyük Britaniya və Fransa ilə START ətrafında vəziyyətlə bağlı təmaslarının nəzərdə tutulmadığını da qeyd edib: "ABŞ Rusiyanın məğlub olmasını istəyirsə, o zaman Rusiya nüvə silahı də daxil olmaqla istənilən silahla özünü müdafiə edəcək. Dünya qlobal münaqişə astanasındadır. İstisna deyil ki, ABŞ-ın özü də START-dan çıxa bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR