Rusiya "taxıl sazişi" nə yalnız kənd təsərrüfatı məhsullarını dünya bazarlarına çıxardıqdan sonra qayıdacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, "Rosselxozbank" yenidən SWIFT sisteminə qoşulmalıdır, aralıq həllər nəticə verməyəcək və problemin həllinə gətirib çıxarmayacaq.
Xatırladaq ki, Rusiya iyulun 18-də Ukrayna taxılının Qara dəniz limanlarından təhlükəsiz şəraitdə daşınmasını özündə ehtiva edən "Taxıl sazişi" sövdələşməsində iştirakını dayandırıb. Qərbin sazişin Rusiya hissəsini icra etməməkdə ittiham edən rəsmi Moskva qeyd olunan bütün tələblərinin yerinə yetirildiyi gün sazişin bərpa oluna biləcəyini açıqlayıb.