Rusiya Federasiyası xarici işlər nazirinin yeni müavini Sergey Butininin hansı sahələri kurasiya edəcəyi məlum olub.
APA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, Prezident Vladimir Putinin mayın 22-də imzaladığı fərmanla xarici siyasət idarəsinin rəhbərinin müavini təyin olunan Butin XİN-in kadr siyasəti və baş katibliyi məsələlərini kurasiya edəcək.
Qeyd edək ki, Butin Rusiya XİN başçısı Sergey Lavrovun sayca 10-cu müavinidir.