Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan Rusiya səfiri Sergey Kopırkinlə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, tərəflər regionda vəziyyətin stabilləşdirilməsi imkanlarını nəzərdən keçirib və Qarabağdakı vəziyyətlə bağlı müzakirə aparıblar.