Litva Rusiya ilə diplomatik nümayəndəlik səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib.
APA xəbər verir ki bu barədə Litva Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Litvanın Xarici İşlər Nazirliyi Rusiya ilə diplomatik nümayəndəlik səviyyəsinin aşağı salınması barədə qərar qəbul edib. "Rusiya səfiri Litvanı tərk etməli olacaq".
XİN bildirib ki, Rusiyanın Klaypedadakı konsulluğu da bağlanır. Rusiyanın Vilnüsdəki diplomatları Xarici İşlər Nazirliyinə çağırılaraq bu barədə məlumatlandırılıblar. “Litva Rusiyanın misli görünməmiş aqressiyası ilə üzləşən Ukrayna xalqı ilə tam həmrəy olduğunu bildirərək, Rusiya ilə diplomatik təmsilçilik səviyyəsini aşağı salır”, - deyə xarici işlər naziri Qabrielius Landsbergis bildirib.
Nazir deyib ki Rusiyanın Ukraynda törətdikləri Avropa ərazisində törədilən cinayətlər siyahısına daxil ediləcək. “Digər şəhərlərin azad edilməsi ilə biz də daha çox dəhşətli müharibə cinayətlərinin nümunələrini görə bilərik. Rusiya silahlı qüvvələrinin Ukraynada törətdiyi bütün hərbi cinayətlər və insanlığa qarşı cinayətlər unudulmayacaq", - nazir bildirib.
***
17:07
Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini endirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə Rusiyadakı səfirini geri çağırır və ölkədəki Rusiya səfərindən də Moskvaya qaytarmaq barədə qərar verib.