Bank Of Baku

London-Pekin sərnişin təyyarəsi Rusiyaya məcburi eniş edib

London-Pekin sərnişin təyyarəsi Rusiyaya məcburi eniş edib
# 26 avqust 2025 10:14 (UTC +04:00)

London-Pekin marşrutu ilə hərəkət edən “Air China” aviaşirkətinə məxsus “Boeing 777-39L(ER)” təyyarəsi Moskva vaxtı ilə saat 06:23-də Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk hava limanına məcburi eniş edib.

APA-nın xəbərinə görə, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, təyyarədə 311 sərnişin olub. Mühərriklərdən birində nasazlıq yaransa da, təyyarə bir mühərriklə uğurlu eniş edə bilib.

Pilotlar eniş zamanı fövqəladə xidmətlərin (təcili yardım, yanğınsöndürmə və s.) köməyini tələb etməyiblər.

Bildirilib ki, təyyarə uğurla eniş edib və sərnişinlərin təhlükəsizliyi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR