Lukaşenko Almaniya kanslerinin Putinin Belarusun suverenliyini tanımaması ilə bağlı sözlərini təkzib edib

Lukaşenko Almaniya kanslerinin Putinin Belarusun suverenliyini tanımaması ilə bağlı sözlərini təkzib edib
# 26 avqust 2022 14:46 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko Almaniya kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir Putinin guya Belarusun suverenliyini tanımaması ilə bağlı sözlərini təkzib edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Belarus prezidenti bildirib ki, o, rusiyalı həmkarının fərqli mövqeyini bilir.

Lukaşenka vurğulayıb ki, o, buna əhəmiyyət belə vermir, çünki o, artıq belə feykləri kifayət qədər eşidib.

"Amma əsas olan Şolts və Putinin dedikləri deyil. Amma əsas mənim sizə dediyimdir : dövlətimizin suverenliyi, müstəqilliyi sarsılmaz şeylərdir. Bu qədər!" - deyə Belarus dövlətinin başçısı vurğulayıb

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR