Bank Of Baku

Lukaşenko: Belarus Ukraynaya hücum etmək fikrində deyil

Lukaşenko: Belarus Ukraynaya hücum etmək fikrində deyil
# 22 avqust 2025 21:26 (UTC +04:00)

“Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum edilərsə döyüşəcək.”

APA xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ABŞ və Ukraynanın razılığa gəlməyəcəyi təqdirdə Belarusun Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hücuma keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

"Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil", - dövlət başçısı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR