Bank Of Baku

Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib

Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
# 27 yanvar 2025 08:00 (UTC +04:00)

İlkin məlumatlara görə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir.

APA xəbər ki, bu barədə Respublika Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib.

2020-ci il prezident seçkilərində Lukaşenko 80,10% səs toplayıb.

Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya - 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov - 3,21%, Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijyak - səslərin 1.74 faizini toplayıb.

Seçicilərin 3,6%-i isə bütün namizədlərin əleyhinə səs verib.

Mərkəzi Seçki Komissiyası yekun məlumatları fevralın 3-də açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR