Bank Of Baku

Lukaşenko Belarusun Ermənistandakı səfirini vəzifəsindən azad edib

Belarusun Ermənistandakı keçmiş səfiri Aleksandr Konyuk

© APA | Belarusun Ermənistandakı keçmiş səfiri Aleksandr Konyuk

# 17 aprel 2025 21:50 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko 17 aprel tarixində imzaladığı sərəncamla Aleksandr Konyuku Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

APA xəbər verir ki, bu barədə məlumat Belarus liderinin rəsmi saytında yer alıb.

Digər sərəncama əsasən, Vyaçeslav Bril də Belarusun Nigeriyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, eyni zamanda Qana, Kamerun və Fil Dişi Sahilindəki səfir vəzifələrindən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR