Bank Of Baku

Lukaşenko: Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq

Lukaşenko: Əgər Belarusa hücum olsa, ruslarla birgə döyüşməyə hazırıq
# 16 fevral 2023 13:00 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko hansı halda ordudan istifadə etməyə hazır olacağını açıqlayıb.

APA-nın Rusiya bürosu BelTA-ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə xarici və belaruslu jurnalistlərlə görüşündə bildirib.

“Mən hələlik yalnız bir halda Belarus ərazisindən rusiyalılarla birlikdə döyüşməyə hazıram: əgər oradan heç olmasa bir əsgər Belarus ərazisinə gəlsə, mənim insanlarımı öldürsə... Əgər Belarusa qarşı təcavüz etsələr, cavab ən sərt olacaq. Müharibə isə tamam başqa xarakter alacaq”, - deyə Belarus lideri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR