Bank Of Baku

Lukaşenko məmurlara ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb

Lukaşenko məmurlara ölüm cəzasını nəzərdə tutan qanunu imzalayıb
# 09 mart 2023 20:09 (UTC +04:00)

Belarus Prezidenti Aleksandr Lukaşenko “Cinayət Məcəlləsinin dəyişdirilməsi haqqında” qanunu imzalayıb.
APA xəbər verir ki, bu barədə Belarus Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, sənədin imzalanmasında əsas məqsəd ekstremist (terrorçu) və dövlət əleyhinə cinayətlərə qarşı mübarizəni gücləndirməkdir.

Qanun, məmur tərəfindən dövlətə xəyanətə görə cinayət məsuliyyətinin vəzifə sahibi olan bütün şəxslərə şamil edilməsini nəzərdə tutur.
Eyni zamanda, vəzifəli şəxs və ya hərbi qulluqçu tərəfindən törədilən dövlətə xəyanətə görə müstəsna cəza tədbirinin - ölüm cəzası qərarının verilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR