Lukaşenko ölkəsinin Rusiya-Ukrayna müharibəsində iştirakına münasibət bildirib

Lukaşenko ölkəsinin Rusiya-Ukrayna müharibəsində iştirakına münasibət bildirib
# 12 aprel 2024 17:21 (UTC +04:00)

“Ölkəmizin Rusiya-Ukrayna müharibəsində iştirakı müzakirə mövzusu deyil”.

APA-nın BELTA-ya istinadən məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O deyib ki, indiki məqamda ölkənin daha güclü olması və sabitlik şəraitində yaşaması ilk növbədə Rusiyanın marağındadır:

“Qərb ölkəmizi Ukraynadakı müharibəyə cəlb etmək üçün əlindən gələni edir. Çünki bu, ilk növbədə NATO-nun maraqlarına cavab verir. Hazırda həm ukraynalılar, həm də Qərb üçün ən optimal variant yaranmış vəziyyəti danışıqlar masası ətrafında müzakirə etmək və razılığa gəlməkdir”.

Qeyd edək ki, buna qədər Belarus lideri Rusiya-Ukrayna danışıqlarının 2022-ci ildə İstanbulda müzakirə olunan razılaşmaları əsasında aparılmalı olduğunu bəyan edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR