Lukaşenko: Paşinyan tələsib, KTMT barədə emosional bəyanat verib

Lukaşenko: Paşinyan tələsib, KTMT barədə emosional bəyanat verib
# 25 fevral 2024 12:51 (UTC +04:00)

Minsk Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması haqqında müraciət almayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko deyib ki, Ermənistan KTMT-nin üzvü olmalıdır: “Nikol Paşinyan tələsib və Ermənistanın KTMT-də iştirakını dondurması ilə bağlı emosional bəyanat verib. İrəvanın bu barədə rəsmi müraciəti daxil olmayıb. Buna sakit reaksiya veririk, KTMT dağılmayacaq. Ermənistan inteqrasiya strukturlarından çıxmağa tələsməməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR