Bank Of Baku

Lukaşenko Trampı təbrik edib

Lukaşenko Trampı təbrik edib
# 04 iyul 2025 08:59 (UTC +04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko həmvətənləri və şəxsən öz adından Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı və bütün amerikalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə BELTA-ya Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.

"Sizin birinci prezidentliyiniz dövründə Minsk və Vaşinqton münasibətlərin normallaşması yoluna qədəm qoydular. Təəssüf ki, müəyyən məqamda Belarus-ABŞ əməkdaşlığı həmin müsbət xətdən kənara çıxdı. Mən əminəm ki, bu vəziyyət nə ölkələrimizin, nə də xalqlarımızın milli maraqlarına uyğun gəlmir. Artıq bunu dəyişməyin vaxtı çatıb", - Lukaşenko qeyd edib.

O həmçinin qeyd edib ki, Belarus həmişə ABŞ-la konstruktiv və hörmətli dialoqun qurulmasının tərəfdarı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR