“Ukrayna rəhbərliyi xarici idarəçilik altındadır, özünü gözlənilməz aparır. Ona görə də bu ölkə ilə sərhədimizi etibarlı qorumalıyıq”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Brest vilayətinə səfəri zamanı bildirib.
O, Belarusun Ukrayna ilə 1,5 min kilometr sərhəd xəttinin olduğunu xatırladıb, hadisələrin hər cür inkişafına hazır olduqlarını əlavə edib.
Lukaşenko ölkənin cənub sərhədlərini qorumaq üçün yeni hərbi hissə və birliklərin yaradıldığını da vurğulayıb.
Qeyd edək ki, Belarus lideri Luninetsk rayonunda hərbi obyektləri ziyarət edərək, təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirəcək.