Bank Of Baku

Lukaşenko Ukrayna və Rusiya prezidentlərinin görüşəcəyini istisna etmir - YENİLƏNİB

Aleksandr Lukaşenko

© APA | Aleksandr Lukaşenko

# 01 mart 2022 20:45 (UTC +04:00)

Danışıqlar prosesi irəliləyəcəyi təqdirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü istisna olunmur.

APA-nın rəsmi BELTA agentliyinə istinadla xəbərinə görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.

Bununla belə, Belarus rəhbəri qeyd edib ki, ilk növbədə tərəflər əsas məsələlərdə razılığa gəlməlidir.

Lukaşenko həmçinin bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hər 2 liderin mümkün qədər tez görüşməsinin tərəfdarıdır.

***

20.35

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, danışıqlar prosesi irəliləyəcəyi təqdirdə Ukrayna və Rusiya prezidentlərinin görüşməsi istisna olunmur.

APA-nın xəbərinə görə, bu barədə Belarusun rəsmi BELTA agentliyi məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR