Son üç ildə Belarusda Ukrayna xüsusi xidmət orqanlarının 12 agenti və kadr əməkdaşının fəaliyyətinin qarşısı alınıb.
APA-nın BelTA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib. "Biz ad da çəkə bilərik. Biz o zaman güman edirdik, amma indi bu, artıq bəllidir. Rusiya ilə məşğul olmamışdan əvvəl Belarus adlanan eyvanı dağıtmaq lazım idi. Rusiya ilə döyüşməzdən əvvəl onlar bizim üzərimizdə təlim keçərdilər", - deyə Lukaşenko vurğulayıb.