Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin ölkəsində olması ilə bağlı Varşavanın qorxularını əsassız adlandırıb.
APA xəbər verir ki, bu barədə Belarus Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Lukaşenkonun sözlərinə görə, “Vaqner” döyüşçülərinin Polşa ilə sərhəd yaxınlığındakı poliqona gəlişi sırf Belarus hərbi bölmələrinin təlimi prosesi ilə bağlıdır.
Belarus lideri onu da əlavə edib ki, Belarusdakı “Vaqner” döyüşçüləri hələ də Osipoviç yaxınlığındakı düşərgədə yerləşdirilib.
Qeyd edək ki, Polşa hökuməti “Vaqner” özəl hərbi şirkətinin Belarusa gəlməsi ilə əlaqədar bu ölkə ilə sərhədini möhkəmləndirmək qərarına gəlib.