“Lvova növbəti raket hücumları nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib”.
APA-nın unn.com.ua-ya istinadən verdiyi məlumata görə, bunu Lvov meri Andrey Sadovıy deyib.
“Lvova endirilən yeni raket zərbələri nəticəsində infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Yaşayış binalarına ziyan dəyməyib", - deyə Sadovyi “Telegram” kanalında yazıb.
O bildirib ki, yanğının söndürülməsi davam edir. Müvafiq xidmətlər yerindədir.
Lvovda partlayış səsləri eşidilməkdədir. Şəhərin bəzi ərazilərindən tüstü görünür. Beş nəfərin öldüyü bildirilir.
Sadovıy bildirib ki, Lvovun atəşə tutulması zamanı neft bazasında və zavodda yanğın başlayıb.
***
26.03.2022
Saat 19:46
Rusiya Ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib.
APA Unian.net saytına istinadən xəbər verir ki, Lvov vilayət hərbi administrasiyasının sədri Maksim Kozitski şəhərin Krivçits səmtində 3 güclü partlayışın baş verdiyini bildirib.
Zərbələrin “Kalibr” raketləri vasitəsilə endirildiyi ehtimal olunur.