Mahaçqala hava limanı sabah gecə saatlarında açıq olacaq.
APA xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, hava limanında vəziyyət sabitləşdiyindən elanolunmuş xəbərdarlığa düzəliş edilib.
Təyyarələrin qəbulu 31 oktyabr 2023-cü il, saat 02:59-dək dayandırılır.
Daha əvvəl Mahaçqala aeroportunun noyabrın 6-dək bağlı olacağı bildirilmişdi.
***
Saat 01:01
Mahaçqala hava limanının hansı müddətə bağlı olacağı açıqlanıb.
APA xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək.
Hazırda ora icazəsiz soxulan şəslər ərazidən kənarlaşdırılıb.
Oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub.
Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.