Dağıstanın paytaxtı Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.
Terrorçuların öldürüldüyü görüntüləri yayılıb.
***
20:34
İlkin məlumata görə, Mahaçqala şəhərində atışma nəticəsində bir polis əməkdaşı həlak olub, 6 nəfər isə yaralanıb.
APA xəbər verir ki, hadisə ilə bağlı Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə zamanı mülki əhali arasında ölənlərin olmadığı bildirilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.