Fələstin lideri Mahmud Abbasın Rusiyaya səfərinə hazırlıq gedir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Mahmud Abbasın Rusiya səfərinin tarixlərini açıqlamaq hələ tezdir.
“Bu səfər hazırlanır. Vaxtı çatanda səfərin tarixi barədə vaxtında məlumat verəcəyik”, - deyə Kreml nümayəndəsi bildirib.
Peskov Fələstin liderinin səfərinin əvvəlcədən planlaşdırıldığına da diqqət çəkib.