Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə beş saatlıq danışıqlardan sonra Qızıl Meydanda gəzintiyə çıxıb.
APA-nın Moskva müxbirinin Rusiya mediasına istinadən verdiyi məlumata görə, Makronu "Four Season" hotelindən Vasiliy Blajennı kilsəsinə qədər Fransanın Rusiyadakı səfiri Pyer Levi, fransalı jurnalistlər və hərbçilər müşaiyət edib.