Bank Of Baku

Mariupolda dinc sakinlərin humanitar dəhlizlə çıxması baş tutmayıb - YENİLƏNİB-1 - VİDEO

Mariupolda dinc sakinlərin humanitar dəhlizlə çıxması baş tutmayıb - YENİLƏNİB-1  - VİDEO
# 05 mart 2022 14:54 (UTC +04:00)

Ukraynanın Mariupol şəhərindən dinc sakinlərin humanitar dəhlizlərlə çıxması təxirə salınıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Mariupol şəhərinin rəhbərliyi açıqlama verib.

Onlar bunu Rusiya tərəfinin humanitar dəhlizdən keçid zamanı atəşkəs barədə razılaşmanı pozması ilə əlaqələndirib.

***

11:49

Volnovaxa və Mariupolda humanitar təxliyə dəhlizləri açılmağa hazırlanır.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

O bildirib ki, təxliyə olunanlar dəstələrə bölünür.

“Tərəflər dəhlizlərin ərazisində atəşi müvəqqəti dayandırıb...”, - Podolyak vurğulatyıb.

***

10:57

Rusiya Ukraynanın Mariupol və Volnovaxa şəhərlərindən əhalinin çıxması üçün sükut rejimi tətbiq edib.

APA Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, rejim bu səhər Moskva vaxtı ilə 10:00-da qüvvəyə minir və Mariupolla Volnovaxa şəhərlərindən dinc sakinlərin çıxması üçün humanitar dəhlizlər təşkil edilir.

Rusiya tərəfi humanitar dəhlizlərin marşrutunun Ukrayna tərəfi ilə razılaşdırıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR