Bank Of Baku

Maya Sandu: Moldova tezliklə Aİ-yə daxil olmaq istəyir

Maya Sandu: Moldova tezliklə Aİ-yə daxil olmaq istəyir
# 18 may 2023 13:32 (UTC +04:00)

Moldova tezliklə Avropa İttifaqına daxil olmaq istəyir.

APA xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu AFP-yə müsahibəsində bildirib.

Moldova lideri ölkəsinin Aİ-yə üzvlüyünü realistik layihə adlandırıb:

“Moldova tezliklə Aİ-yə üzv olmaq istəyir və bu məsələ ilə bağlı danışıqların yaxın aylarda başlayacağına ümid edirik.

Biz inanırıq ki, demokratiyamızı yalnız Aİ-nin bir hissəsi olmaqla xilas edə bilərik.

Rusiya qarşıdakı illərdə qeyri-stabillik mənbəyi olaraq qalacaq və ölkəmiz özünü müdafiə etməlidir”, - Moldova lideri əlavə edib.

Xatırladaq ki, ötən ilin 23 iyun tarixində Brüsseldə keçirilən sammitdə Aİ-nin dövlət və hökumət başçıları Ukrayna və Moldovaya İttifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini təsdiqləyiblər.

Bu da öz növbəsində üzvlük statusunun alınmasının və Aİ-yə gedən yolun başlanğıcıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR