Bank Of Baku

MDB KTMT-də müşahidəçi statusu ala bilər

MDB KTMT-də müşahidəçi statusu ala bilər
# 15 fevral 2022 12:15 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi statusu almağı düşünür.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi sədrinin 1-ci müavini Leonid Anfimov məlumat verib.

“MDB-nin daimi nümayəndələrinin qapalı iclasında MDB-yə beynəlxalq təşkilat kimi KTMT yanında müşahidəçi statusunun verilməsi barədə məsələyə baxılacaq”, - Anfimov açıqlama verib.

Bu gün keçiriləcək iclasda MDB-yə üzv ölkələrin daimi nümayəndələri mayda Nur-Sultan şəhərində keçiriləcək MDB hökumət başçılarının sammitinin gündəliyini də formalaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR