Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının növbəti iclası 2022-ci il oktyabrın 13-də Nur-Sultanda keçiriləcək.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Birinci MDB ölkələri Departamentinin direktoru Mixail Yevdakimov bildirib.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə Birlik ölkələri dövlət başçılarının növbəti iclasının oktyabrın 14-də Nur-Sultanda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.