MDB ölkələrinin Təhlükəsizlik Şuralarının katibləri Moskvada keçirilən iclasda nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələlərini müzakirə edəcəklər.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
"Biz nüvə təhlükəsizliyinin təmin edilməsi və nüvə silahının yayılmaması məsələsi ilə bağlı məlumatları dinləyəcəyik", - deyə Patruşev iclası açaraq bildirib.