Bank Of Baku

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə keçiriləcək

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Minskdə keçiriləcək
# 12 oktyabr 2023 11:03 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası gələn ilin aprelin 12-də Minskdə keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Birlik Xarici İşlər Nazirləri Şurasının Bişkekdə keçirilən geniş tərkibdə iclasında bildirib.

Onun sözlərinə görə, müvafiq qərar XİN rəhbərləri tərəfindən məhdud tərkibdə keçirilən iclasda qəbul edilib.

Lebedev həmçinin qeyd edib ki, MDB ölkələrinin xarici işlər nazirləri məhdud tərkibdə keçirilən görüşdə beynəlxalq gündəlikdəki aktual məsələlər və Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR