Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının yeri və vaxtı müəyyənləşib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri–icra katibi Sergey Lebedev bildirib.
Onun sözlərinə görə, MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2022-ci il aprelin 8-də Düşənbədə keçiriləcək.
Qeyd edək ki, bu gün Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir, iclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da iştirak edir.