“Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiya atəşkəs demək deyil”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, Rusiya müntəzəm olaraq heç olmasa Kiyev və Çerniqov istiqamətlərində de-eskalasiyaya səy göstərir.
Putinin köməkçisi Rusiyanın Kiyevi böyük hərbi riskə məruz qoymaq istəmədiyini vurğulayıb: “Biz bu şəhəri (Kiyev) əlavə hərbi riskə məruz qoymaq istəmirik”.