Bank Of Baku

Medvedev: BMT TŞ-nin daimi üzvlərinin səlahiyyətləri toxunulmaz olmalıdır

Medvedev: BMT TŞ-nin daimi üzvlərinin səlahiyyətləri toxunulmaz olmalıdır
# 22 oktyabr 2022 16:00 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası (TŞ) daimi üzvlərinin statusunu və onların veto hüququnu dəyişmək olmaz.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bunu onunla əsaslandırıb ki, əks halda qurumu iflas və Millətlər Liqasının aqibəti gözləyir.

“BMT TŞ-nin daimi üzv olan ölkələrin sayı çoxala bilər, lakin onların səlahiyyətləri toxunulmaz olmalıdır”, - Medvedev qeyd edib.

Onun sözlərinə görə, BMT beynəlxalq münasibətlərin baza prinsiplərini qoruyub saxlamalıdır, bu, çox vacibdir. Həmçinin bütün ölkələr arasında bərabərlik və təkcə seçilmiş ölkələri deyil, hər bir ölkəni dinləmək öhdəliyi qorunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR