Medvedev Ermənistanı Qərbin vədlərinə aldanmamağa çağırıb

Medvedev Ermənistanı Qərbin vədlərinə aldanmamağa çağırıb
# 14 iyun 2024 10:33 (UTC +04:00)

Qərb Ermənistanı Avropa İttifaqına (Aİ) dəvət etmək fikrində deyil və bu yaxın gələcəkdə Ukraynadan da gözlənilmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

"KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən Rusiya və erməni xalqlarının çoxəsrlik dostluğu çoxdan gözə batan tikan olub. Vaşinqton və onun müttəfiqləri Cənubi Qafqaz respublikasını Avroatlantik düşərgəyə çəkmək üçün əhəmiyyətli güc sərf ediblər.

Ancaq özünüzü aldatmayın. Bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsi üçün yemdir. Heç kim “elit klub”un qapılarını erməni xalqının üzünə açmayacaq. Neo-banderistlərdən soruşun ki, onlar Aİ-yə daxil ola bildilərmi? Xeyr və onlar bunu yaxın vaxtlarda almayacaqlar”, deyə Medevdev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR