Bank Of Baku

Medvedev: Hərbi qiyamı təşkil edənlərin hərəkətləri dövlət çevrilişi sxeminə tam uyğundur

Medvedev: Hərbi qiyamı təşkil edənlərin hərəkətləri dövlət çevrilişi sxeminə tam uyğundur
# 24 iyun 2023 19:21 (UTC +04:00)

Hərbi qiyamı təşkil edənlərin hərəkətləri mərhələli dövlət çevrilişi sxeminə tam uyğun gəlir. Bunu hadisələrin inkişafı göstərir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev hərbi qiyamda xarici mütəxəssislərin iştirakı ehtimalını yüksək hesab edir.

“Hazırkı silahlı üsyan yaxşı düşünülmüş və planlaşdırılmış əməliyyatdır, məqsədi ölkədə hakimiyyəti ələ keçirməkdir. Biz hadisələrin ssenari üzrə getməsinə imkan verməyəcəyik ki, nüvə silahı quldurların əlinə keçsin”, - o bəyan edib.

Medvedev əlavə edib ki, Priqojinin şikayətləri, Müdafiə Nazirliyinin müəyyən öhdəliklərini yerinə yetirməməsi, arxa cəbhəyə raket "zərbələri" , məmurların korrupsiyası ilə bağlı fərziyyələri cəfəngiyyatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR