Kiyevə nə qədər çox dağıdıcı silahlar verilsə, nüvə apokalipsisi ssenarisi ehtimalı bir o qədər çox olar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, nüvə apokalipsisinin baş vermə ehtimalı birbaşa Kiyevə verilən silahların dərəcəsindən asılıdır.
Medvedev Ukrayna ilə sərhəd Belqorod vilayətinə diversiya hücumundan danışıb. O, Belqoroda hücumu təşkil edənləri əclaf və təxribatçı adlandırıb.
"Belqorod vilayətində təxribat törədənləri əsir götürmək yox , onları siçovullar kimi məhv etmək lazımdır", - deyə rusiyalı siyasətçi vurğulayıb.
O, Ukraynanın Rusiya Federasiyası ərazisində törədilən təxribat hücumlarının Kiyevlə heç bir əlaqəsi olmadığı barədə açıqlamaların yalan olduğunu da söyləyib.
Qeyd edib ki, Belqorod vilayətində təxribatçıların sızmasına görə məsuliyyət Kiyev rejiminin, eləcə də onun ABŞ və Aİ-dəki sponsorlarının üzərinə düşür
Medvedevin sözlərinə görə, Kiyev rejiminin hərbi cəhətdən gücləndirilməsinə yönəlmiş hərəkətlər hərbi münaqişənin uzanmasına gətirib çıxarır.