Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı casus bellidir (latınca “müharibə səbəbi” deməkdir) və Moskvaya NATO-da “hamıya və hər kəsə qarşı” hərəkət etmək imkanı verir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Onun sözlərinə görə, bu, “rafinə olunmuş casus belli”dir və Rusiya üçün isə bu, “NATO ölkələrində hamıya və hər kəsə qarşı “jus ad bellum” (latınca “müharibə hüququ”) çərçivəsində hərəkət etmək imkanı” deməkdir.
"Kədərlidir, təəssüf ki... Qiyamətlə bağlı proqnozlar getdikcə özünü doğruldur", - deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.