Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident Vladimir Putinin müraciətini Çin lideri Si Cinpinə çatdırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası rəhbərinin müavininin katibliyindən məlumat verilib.
Bildirilib ki, Medvedev və Si Cinpin postsovet məkanındakı vəziyyəti, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.
Si Cinpin Medvedevə Ukrayna böhranı ilə tərəflərin rasionallığı, təmkinliliyi qoruyub, hərtərəfli dialoq aparacaqlarına ümid etdiyini deyib.
***
11:28
Çin Xalq Respublikasının sədri Si Cinpin bu gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevlə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.
Görüşün Çin liderinin Pekindəki dövlət iqamətgahında keçirildiyi bildirilib.