Bank Of Baku

Medvedev: Tramp Ukrayna münaqişəsinə son verə bilər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev

© APA | Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev

# 22 noyabr 2024 23:34 (UTC +04:00)


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.

APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.

“Trampın praqmatik insan olduğunu düşünürük. Cənab Tramp açıq şəkildə bəyan edib ki, o, bu münaqişənin tez bir zamanda dayandırılması üçün çalışacaq. Və o bunu edə bilər, çünki bütün açarlar Vaşinqtondadır”, - Medvedev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR