Bank Of Baku

Medvedyev Rusiyada “McDonald's”ın bağlanmasına münasibət bildirib

Medvedyev Rusiyada “McDonald
# 10 mart 2022 15:40 (UTC +04:00)

Rusiya Federasiyası Təhlküəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “McDonald's” restoranlar şəbəkəsinin Rusiyada bağlanması xəbərinə münasibət bildirib.

APA-nın Moskva müxnirinin verdiyi məlumata görə, Medvedyev “Vkontakte” sosial şəbəkəsindəki hesabında dünyanın məşhur “fast-food” brendlərindən olan “McDonald's” barədə belə yazıb.

"Axı biz özümüz əla keyfiyyətli “kotlet” və “kökə” istehsal edə bilərik. Yeri gəlmişkən, bunu sanksiyalar altında olan iş adamları edə bilər. McDonald's-a salam!"- deyə Rusiyanın eks-prezidenti vurğulayıb.

Qeyd edək ki, “McDonald's”ın rəhbərliyi Rusiyada 850 restoranının müvəqqəti olaraq fəaliyyətini dayandırması barədə qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR