Yerevan Apelyasiya Məhkəməsində Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sabiq sədri, keçmiş maliyyə naziri Qaqik Xaçatryanın məhkəmə prosesi keçirilib.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, sabiq nazirin vəkili Erem Sarkisyan jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə şikayəti təmin etməyib, Q. Xaçatryanı həbsdə saxlayıb.
Vəkil qeyd edib ki, sabiq nazir ittihamları qəbul etmir.
Qeyd edək ki, Q. Xaçartyan korrupsiyada və dövlət əmlakını mənimsəmədə ittiham olunur. Q. Xaçatryan 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-16-cı illərdə isə maliyyə naziri vəzifələrində çalışıb.