Bank Of Baku

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

David Tonoyan

© APA | David Tonoyan

# 29 dekabr 2022 13:35 (UTC +04:00)

Ermənistanın antikorrupsiya məhkəməsi sabiq müdafiə naziri David Tonoyanı həbsdən buraxmaqdan imtina edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Tonoyanın vəkili bildirib.

Keçmiş müdafiə nazirinin vəkilləri girov müqabilində onun azad edilməsi ilə bağlı vəsatət qaldırıb.

Məhkəmə vəsatətin təmin edilməməsinin səbəbini onun azadlıqda şahidlərə təzyiq göstərə biləcəyi ilə əsaslandırıb.

Qeyd edək ki, David Tonoyan silah-sursat təchizatında sui-istifadə hallarına yol verməkdə ittiham edilir. Keçmiş nazir və onunla birlikdə həbs olunanlar 4.6 milyon ABŞ dolları dəyərində yararsız raket almaqda təqsirli bilinirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR