Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb
# 18 aprel 2024 16:48 (UTC +04:00)

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

APA bu ölkənin mediasına istinadən xəbər verir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.

Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR